Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib.
APA TV-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikdən sonra səhiyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var.
Dövlət başçısının sərəncamı ilə Teymur Yusif oğlu Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib.
Prezident İlham Əliyev həmçinin səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik