Şəki sakini dostunun toyunda görün nə etdi
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.
Rayon sakini Fuad Cəfərzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkaranə şəkildə pozub, eləcə də nəqliyyat vasitəsinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb. Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Fuad Cəfərzadə sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək