Şəkidə ana və 7 yaşlı qızını maşın vurub
Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.
APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Nahidə Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hadisə baş verən zaman Nahidə Rəhimova övladını məktəbə aparırmış.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov, APA TV
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək