Şəkidə COVID-19 xəstəsi mağazada aşkarlanıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi mağazada aşkarlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ev şəraitində müalicəyə cəlb olunan rayon sakini Eldəniz Yusifova sosial izolyasiya qaydalarına riayət etməsi barədə xəbərdarlıq edilib. Buna baxmayaraq o, qaydaları pozaraq mağazaya gedib, digərlərinin də həyat və sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.
Eldəniz Yusifov barəsində cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu