Şəkidə dəhşətli qəza: 1 ölü, 5 yaralı
Şəkidə baş verən ağır yol qəzasında bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 09:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki rayon sakini 1966-cı il təvəllüdlü Eldar Adil oğlu Vəlibəyovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə rayon sakini 1983-cü il təvəllüdlü Ramin Sabir oğlu Qocayevin idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı “VAZ-21011” markalı avtomobilin sərnişini, 1978-ci il təvəllüdlü Şəki rayon sakini Şahid Əşrəf oğlu Rüstəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər - Şahid Rüstəmovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Solmaz Qoca qızı Rüstəmova, onların övladları - 2018-ci il təvəllüdlü Elgün Rüstəmov və 2015-ci il təvəllüdlü Aliyə Rüstəmova, eləcə də avtomobillərin sürücüləri Ramin Qocayev və Eldar Vəlibəyov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı