Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib
Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
APA TV-nin məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
DİGƏR XƏBƏRLƏR
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var