Şəkidə minik maşınları toqquşdu - AVTOMOBİLLƏRDƏN BİRİ YANDI
Şəkidə yol qəzası zamanı toqquşan avtomobillərdən biri yanıb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Bideyiz kəndi ərazisində baş verib.
“VAZ 2106” markalı avtomobillə rayon sakini Umud Məmmədlinin idarə etdiyi “VAZ 21074” markalı maşın toqquşub.
Qəzadan sonra “VAZ-21074” markalı avtomobildə yanğın baş verib. Nəticədə “VAZ-21074” markalı avtomobilin yanar konstruksiyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
“VAZ-2106” markalı avtomobil yanğından mühafizə edilib.
Qəza zamanı həmçinin “VAZ-2106” markalı avtomobilin sürücüsü və sərnişini yüngül xəsarət alıb. Yaralılara Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi