Şəmkir sakini yas məclisində bıçaqlandı

# 19:35
26 yanvar 2023

Şəmkir sakini bıçaqlanıb. Hadisə rayonun İrmaşlı kəndində baş verib. Kənd sakini, 45 yaşlı İdris İbrahim oğlu Alıyev yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O,  Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni 33 yaşlı Ruslan Rəşid oğlu Bağırov törədib. O, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR