Şəmkirdə 46 yaşlı kişi özünə xəsarət yetirib
Şəmkir sakini özünə kəsici alətlə xəsarət yetirib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şəmkir küçəsində qeydə alınıb. 1976-ci il təvəllüdlü Pərviz Sərdarov bədənin müxtəlif hissələrinin kəsilmiş yarası ilə xəstəxanaya yerldirilib. Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 46 yaşlı kişi özünə sərxoş vəziyyətdə xəsarət yetirib. Onun hərəkətinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu