Şəmkirdə ağır qəza: “HYUNDAI” su daşıyan maşına çırpıldı, bir ölü

# 13:08
15 yanvar 2024

Şəmkirdə iki yük maşını toqquşub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 1 nəfər sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər tərəfində cəsəd aidiyyəti üzrə təhvil verilib. Qəza zamanı ölən şəxs “HYUNDAI” –ın sərnişini Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Həsənov, xəsarət alan sürücü isə 1985-ci il təvəllüdlü Anar Sərdarovdur. Yaralı sürücüsü Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. “ZİL”in sürücü hadisəni belə xatırlayır. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR