Şəmkirdə ağır yol qəzası baş verdi
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Hərəkətdə olan “Nissan” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Nağıyev Mahir Məmməd oğlu hadisə yerində ölüb. Sürücün həyat yoldaşı Gülnar Nağıyeva ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Şəmkir
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib