Şəmkirdə baş verən yanğında azyaşlı xəsarət aldı
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində, Səməd Vurğun küçəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus 3 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili və canlı qüvvəsi cəlb olunub.
Ev sahibinin övladı 2016-cı il təvəllüdlü Rəvan Əliyev yanğınsöndürənlər tərəfindən son anda xilas edilib. Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu