Şəmkirdə dəhşət: Bir kənddə iki ev eyni vaxtda yandı
Şəmkirdə eyni ərazidə iki ev yanıb. Hər 2 hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə iki ayrı şəxsə məxsus evlərdə anidən yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının təfərrüatları məlum olub. İlkin məlumata görə, bitişik evlərdəki yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə yanğın başlayıb. Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Yanğınsöndürənlər alovu söndürüb. Fakt araşdırılır.
Fuad Nazimoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu