Şəmkirdə evdə partlayış olub
Şəmkirdə evdə partlayış olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Şəhruz Elman oğlu Cavanşirli yaşadığı evdə qaz partlaması nəticəsində ağır yanıq xəsarəti alaraq Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Xəsarət alan Şəhruz Cavanşirli deyir ki, evdə işığı yandıran zaman anidən partlayış baş verib.
Hadisənin səbəbləri araşdırılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
Şəmkir
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU