Şəmkirdə həmkəndlisinin avtomobilini qaçıran şəxs yaxalandı
Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Keçili kənd sakini Pərvin Quliyev Polis Şöbəsinə müraciət edərək, həmkəndlisi Sənan Məmmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.
Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sənan Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi