Şəmkirdə iki Şəhidin xatirəsinə bulaq inşa olundu

# 23:55
30 aprel 2021

Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində bir çox adımlar atılır.

 

Şəmkirdə də 44 günlük vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Ayxan Fikrət oğlu Qədimovun doğum günü münasibəti ilə həmçinin, 2016-cı il Aprel döyüşlərində şəhid olan Təbriz  Hamlet oğlu Əsgərovun xatirəsinə ehsan  bulağı inşa edilib. Rayonun Morul kəndində şəhidlərin xatirəsinə  ucalan  bulaq kompleksinin açılış mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, tədbir  Karantin rejiminin qaydalarına uyğun olaraq baş tutub. Kompleksin açlışında rəsmi şəxslər, ağsaqqallar, gənclər, kənd sakinləri, şəhidin doğmaları, birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə şəhidlərin  ruhuna duallar oxunub, sonra  hər iki Şəhidin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Xatirə bulağının açılışında onların  Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açıb.

 

Şəhidlərin xatirəsinə düzəldilən bulaq kompleksi gənclərin təşəbbüsü və sakinlərin öz vəsaiti hesabına ərsəyə gəlib. Kompleksin ətrafında  abadlıq işləri aparılıb. İnşa edilən bulağın yerləşədiyi küçəyə  Aprel döyüşlərində şəhid olan   Təbriz  Hamlet oğlu Əsgərovun adı verilib.

 

Tədbirin sonunda  şəhid Ayxan Qədimovun  ad günü münasibəti ilə tort kəsilib. Sonra uşaqlar  şeir söyləyiblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR