Şəmkirdə keçirilən toyda beş nəfər zəhərləndi

# 12:47
3 noyabr 2022

Şəmkirdə kimyəvi məhluldan zəhərlənmə olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəllər qəsəbəsində keçirilən toy məclisində qeydə alınıb. 4-ü uşaq olmaqla 5 nəfər zəhərlənmə diaqnozu ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Zəhərlənən şəxslər rayonun Sabirkənd kənd  sakinləri 10 yaşlı Arzu Məmmədov, 9 yaşlı Aydın Musayev, 11 yaşlı Ayxan Məmmədov, 39 yaşlı Tehran Məmmədov və sonuncunun övladı 8 yaşlı Tuncay Məmmədovdur.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözü gedən ünvana gedib. Eşqin Qasımovun sözlərinə görə həmin ünvana baxış keçirilən zaman məlum olub ki, zərərçəkənlər şadlıq sarayının sanitar qovşağının təmizlənməsində istifadə edilən kimyəvi məhluldan zəhərləniblər.

 

Hazırda Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Şəmkir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR