Şəmkirdə "Porsche” yanıb
Şəmkirdə yanğın hadisəsi baş verib.
Hadisə Şəmkir şəhərinin Nizami küçəsi, ev 2 də qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Mustafayev Samir Mustafa oğluna məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yeri FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğın söndürən avtomobilləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 kv.m olan talvarın tavanı, "PORSCHE" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu