Şəmkirdə toy edən şəxslər cərimələndi
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinə rayonun Qılıncbəyli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Mərasim iştirakçılarından 15 nəfər barəsində protokol tərtib edilərək onlar cərimə edilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib