Şəmkirdə “VAZ-2107” yanacaqdaşıyan maşınla toqquşdu –SÜRÜCÜ ÖLDÜ
Şəmkirdə ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes" markalı yanacaqdaşıyan maşının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Murad Həsənov hadisə yerində dünyasını dəyişib.
Əraziyə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri