Şəmkirdə yaşlı qadın sirkə turşusu içərək öldü
Şəmkirdə 62 yaşlı qadın sirkə turşusu içərək ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci küçəsində qeydə alınıb.
Kəlbəcər rayon sakini, 1960-cı il təvəllüdlü Zenfira Zeynalova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qadına zəruri tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının hansı səbəbdən sirkə turşusu içərək özünü öldürməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu