Sənədli filmlərin inkişafına töhvə verəcək UNİKAL LAYİHƏ – APA TV

# 00:13
1 dekabr 2023

Dövlət Turizm Agentliyi və APA “Media Group”un birgə təşkilatçılığı ilə keçirilən "Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə ölkənin tanınmış rejissorları, kinoşünaslar, yazıçı və şairlər, həmçinin müsabiqəyə marağı olan qonaqlar iştirak edib. Tədbirdə çıxış edən müsabiqənin direktoru Orxan Məmmədli layihənin əhəmiyyətindən danışıb.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə çıxışında layihənin böyük marağa səbəb olmasını və bunun turizm baxımından da, faydalı olduğunu vurğulayıb. “Ölkəmizin görülməmiş, gəzilməmiş yerlərinin üzə çıxarılması, özünəməxsusluğunun göstərilməsi üçün bu unikal layihədir”. Bu fikri isə “APA Media Group”un baş redaktoru Nurşən Quliyev səsləndirib.

 

Müsabiqədə telefonla çəkilən yüzlərlə qısa film iştirak edib. Şəffaf şəkildə keçirilən qiymətləndirmə nəticəsində onlardan 20-si seçilərək müsabiqənin final mərhələsinə buraxılıb.

Tədbirdə müsabiqənin iştirakçısı olan 17 filmin müəllifi iştirak edib. Layihənin qalibi "Bir dəfə Nicdə" filmi ilə Xəyyam Mazanov (Ömər Xəyyam) olub. Münsiflərin qərarına əsasən, "Kəndimizə gedən yol - Qələbin" filmi ilə Xəyal İsgəndərov və "Bal yolu" ekran əsəri ilə Orxan Sadıqov ikinci pilləyə layiq görülüb. Üçüncü yerdə isə ortaq müəllifliklə Elvin Məcidli və Dilavər Manafov "Tut yolu" filmi ilə qərarlaşıb. Sosial mediada onlayn səsvermənin qalibi isə "Kəndimizə gedən yol" filmi ilə Sərvər Abdullayev olub.

Müsabiqənin digər iştirakçıları isə “Təltifnamə” və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə haqqında öz təəssüratlarını bölüşən tədbir iştirakçıları bu cür layihələrin sənədli filmlərin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə ediblər.

Xatırladaq ki, “KƏNDİMİZƏ GEDƏN YOL” Mobil Film Müsabiqəsinə bu ilin 28 mart tarixindən start verilib. Layihədə Azərbaycanın bütün bölgələrindən olan həvəskar film sevərlərin mobil vasitələrlə ərsəyə gətirdiyi videolar qatılıb. AYNUR QARA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR