Sənədsiz silahla icazəsiz ov etdilər, haqlarında araşdırma başladıldı

# 16:30
21 dekabr 2022

Ağdamda qanunsuz ov edən şəxslər saxlanlıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Ergi düzü ərazisində Ağcabədi rayon sakinləri Elsevər Əliyev, Əliyar Qasımov və Şaməddin Həsənovun qanunsuz ov etdikləri müəyyən olunub.

İlkin araşdırmalardan məlum olub ki, qanunsuz ov edən şəxslərin silahlarının da sənədləri yoxdur. Polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərindəki ov silahı və ovladıqları çöl heyvanları müsadirə edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR