Şənlik mərasimlərinin keçirildiyi bir sıra məkanlarda qaydalar pozulub
Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda monitorinqlər davam edir.
APA TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları tərəfindən
iyulun 6 və 7-də keçirilən baxış zamanı şənlik təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, şənlik mərasimlərində iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb.
Şənlik mərasimlərinn keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib və onlar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.
DİGƏR XƏBƏRLƏR
Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir
Sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu
Milli iradənin təntənəsi: “Əsrin müqaviləsi” AZƏRBAYCANIN GÜC SALNAMƏSİni dəyişdi