Separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə nazirinin müavini" məhv edildi
Separatçı Dağlıq Qarabağ rejiminin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyan məhv edilib.
APA TV-nin “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, qondarma rejimin “Müdafiə Nazirliyi” Dağlıq Qarabağda gedən döyüşlərdə ölən hərbçilərinin yeni siyahısını açıqlayıb. Artur Sarkisyanın adı həmin siyahıda yer alıb.
Bundan başqa, erməni tərəfi separatçıların komandirlərindən biri olan, polkovnik Sergey Şakaryanın da öldürüldüyünü təsdiqləyib. Onların ölüm tarixləri göstərilməyib.
Qeyd edək ki, bir müddət əvvəl separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə naziri" Cəlal Arutunyan yaralanıb. Separatçı rejimin rəhbəri Araik Arutunyanın əmri ilə Cəlal Arutunyan "vəzifə"sindən azad olunub, onun yerinə Mikael Arzumanyan təyin olunub.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik