Serbiya səfiri Gəncədə raket atılan ərazidə olub

# 18:34
20 sentyabr 2022

Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç Gəncəyə gedib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Serbiya səfiri Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub.

 

Diplomat mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olub.

 

Səfirə Ermənistanın hərbi cinayətləri barədə məlumat verilib.

 

Bildirilib ki, Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

 

Serbiya səfiri jurnalistlərə açıqlamasında Azərbaycanın vəziyyətini anladığını vurğulayıb.

 

Diplomat yaşayış məntəqələrinə hücum edilməsini pisləyib.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR