Sergey Lavrov və Dmitri Kuleba Türkiyədə: VACİB GÖRÜŞ

# 10:44
10 mart 2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdədir.

 

APA TV xəbər verir ki, Lavrov bu gün keçiriləcək Rusiya-Türkiyə-Ukrayna XİN başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün Antalyaya gəlib.

 

Yeri gəlmişkən qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Antalyaya gəlib.

 

Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edən Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması və müharibəyə son qoyması ilə bağlı danışıqlar aparacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR