Şərikini güllələdi, "türmə"də özünü doğradı, həbsdə öldü - BAKIDA
Bakıda daha bir məhbus ölüb.
Lent.az-ın yaydığı məlumata görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən Raznobarski Yan Tahiroviç dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Yan Raznobarski iş adamı olub. O, 2015-ci ildə Bakının Suraxanı qəsəbəsindəki “Dostluq” kafesində şəriki Murad Seyidovu güllələyib.
Törətdiyi cinayətə görə 15 il azadlıqdan məhrum edilən Yan Raznobarski buna etiraz olaraq 2018-ci ildə cəza çəkdiyi müəssisədə özünü doğrayaraq intihara cəhd edib.
Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib