Şərti düşmənin döyüş mövqelərinə atəş zərbələri endirildi – APA TV
Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində “Xüsusi şəraitlərdə xüsusi təyinatlı dəstənin hücumunu dəstəkləyən minaatan batareyasının fəaliyyəti” mövzusunda döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Təlimə cəlb olunmuş bölmələrin cəmləşmə rayonunda minatanların nişangah qurğuları yoxlanılıb, şəxsi heyətlə hücum mövzusunda məşğələ keçirilib və xəritə üzərində əməliyyatların planlaması aparılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra minaatan batareyasının şəxsi heyəti atəş mövqelərini tutaraq minaatan qurğularını tam döyüşə hazırolma vəziyyətinə gətirib.
Minaatan batareyası tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə atəş zərbələri endirildikdən sonra xüsusi təyinatlı dəstə basqın fəaliyyətini icra edib.
Komandirlərin bölmələri idarəetmə bacarıqlarının və şəxsi heyətin fiziki dözümlülüyünün artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu