Şərur bazarından reportaj: “Dediklərini etməsək, şər atıb cərimələyirdilər”

# 16:17
12 iyun 2023

Yeni dövr Muxtar respublikanın ən böyük bazarlarından biri olan Şərur Rayon Mərkəzi bazarına da azadlıq gətirib. Satıcılar bildirir ki, əvvəllər burada bir çox məhsulları satmaq qadağan imiş. Onlardan biri də xaricdə istehsal olunmuş elektrik lampaları olub. Satıcılar bir müddət əvvələ kimi çox baha olan məhsulların indi sərfəli qiymətə satıldığını da bildirirlər. 22 ildən çoxdur bu bazarda çalışan Şəmil əmi deyir ki, əvvəllər satdıqları məhsullara görə çox məhdudiyyətlə qarşılaşıblar. Məsələn, satdıqları məhsulu yalnız bir yerdən tədarük etməli olublar. Müəyyən olunmamış yerdən tədarük etdikləri an şər ataraq onları cərimələyiblər. Elə Qafar Bağırov da əvvəllər uzun müddət bir əldən mal almaq məcburiyyətində qaldığını deyir. Bir vaxtlar məhsulların monopoliyası olan bazarda indi istənilən məhsulu tapmaq mümkündür. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR