"Şərur" deyiləndə bu milli rəqsimiz yada düşür

# 14:22
16 avqust 2023

 

 Şərur elinin bütün məclisləri yallı ilə başlayıb, yallı ilə sona çatır. Ta qədim zamanlardan bu torpağın suyundan içib, havasından udan hər kəs bu qədim rəqsin bir neçə növünü bacarıb. Əslində elə indi də Şərurda az adam tapılar ki, yallı bilməsin. Şərur yallıları xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Mütəxəssislərin fikrincə bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub. Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. 2018-ci ildə yallı sənəti ilə bağlı tədqiqatlar aparılmış, bu nadir irsin YUNESCO səviyyəsində qorunması üçün "Köçəri” və “Tənzərə” yallıları YUNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezantativ siyahısına daxil edilib. Qeyd edək ki, Qədim Naxçıvanın ərazisində yayılmış yallılar müxtəlif adlarla tanınır və onların hər birinin adı hər hansı hadisə, rəvayət və əfsanələrlə əlaqəlidir. Məsələn, "Üçpəncə", "Turacı" və s. kimi yallıların adları bəzi əfsanə və rəvayətlərdən götürülüb. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR