Şərurda usta və fəhlələr etiraz aksiyası keçirib

# 18:30
11 aprel 2023

Şərurda işsiz qalan bir qrup usta və fəhlə rayonun mərkəzində etiraz aksiyası keçirib.

İşçilər artıq beş-altı aydır ki, işsiz qaldıqlarını bildirirlər. Onların sözlərinə görə indiyə kimi çalışdıqları Şərur Rayon Təmir-Tikinti İdarəsi bəzi əməkdaşlarına Sədərək Gömrük İdarəsinin tikintisinə görə ödəməli olduqları pulu belə verməyib. Etiraz edən tikinti işçiləri işsiz qalmalarının səbəbini rayonda bəzi tikintilərin dayandırılması ilə əlaqələndirirlər. Onların sözlərinə görə bəzi tikintilərin dayandırılması, bəzi tikintilərin isə başqa şirkətlərə verilməsi onları işsiz qoyub.

İndi bu idarənin rayon icra hakimiyyətinin nəzdinə keçdiyini bildirən ustalar işlə təmin olunmaq istəyirlər.

Məsələ ilə bağlı Şərur Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. İcra Hakimiyyətindən bildirdilər ki, idarə bu yaxınlarda onların nəzdinə verilib və ustaların, fəhlələrin bu məsələsi qısa vaxt kəsiyində öz həllini tapacaq.

 

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR