Sərvətimizi oğurlayıb xaricə daşıyan bu şirkətlər imiş

# 16:38
17 yanvar 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Geoloji Kəşfiyyat Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatların vəziyyəti, sürüşmə sahələrində mövcud vəziyyət və dağ-mədən sahəsində görülən işlərlə bağlı konfrans keçirilib.

 

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev qeyd edib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında işğaldan sonra mineral xammal ehtiyatlarının təftişi və monitorinqi keçirilib.

Əli Əliyev bildirib ki, 1991-ci ildən sonra erməni işğalçıları və onların xarici havadarları tərəfindən mineral xammal ehtiyatlarımız qanunsuz istismar olunub.

Sədrin sözlərinə görə, burada əsasən "Kanadanın "Sterlite Gold" LTD , İsveçrənin "Base Metals", "Vallex Group", Rusiyanın "Geopro Mayninq Gold Company", İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme", ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resourcess" kimi şirkətləri fəaliyyət göstərib.

 

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov isə qeyd edib ki, hazırda, Geoloji İnformasiya Fondunda 134 qum-çınqıl yatağı mövcuddur.

Elçin Məcidov bildirib ki, aşkarlanmış nöqsanlar nəticəsində 97 müəssisənin icazə sənədi ləğv edilib və fəaliyyəti dayandırılıb.

 

Onun sözlərinə görə, hazırda, mineral xammala olan tələbatın ödənilməsi və alternativ yataqların hərrac vasitəsilə istifadəyə verilməsi işləri davam etdirilir.

2023-cü ildə qum-çınqıl faydalı qazıntı növünün də hərrac vasitəsilə istifadəyə verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR