Sərxoş halda maşın sürdüyü üçün saxlanıldı, görün hansı səbəbdən haqqında cinayət işi açıldı
Şəkidə aktiv koronavirus xəstəsi sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.
APA TV-nin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyini aşkarlayıblar.
Yoxlanılan zaman onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub. Həmin şəxslə izahedici söhbətlər aparılıb və Akif Seyidovun qanunazid hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Onun barəsində cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi