Sərxoş olub birlikdə yeyib içdiyi dostunu bıçaqladı
Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 58 yaşlı Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
İlkin dindirilmə zamanı məlum olub ki, Məsim Pirverdiyev kənd ərazisində kiçik kartof anbarında gözətçi işləyib. Hər iki şəxs burada yeyib-içdikdən sonra sərxoş olublar. Bundan sonra tərəflər arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gədəbəy
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu