Sərxoş sürücü maşını ustaların üstünə sürdü, ölən var
13:54
23 yanvar 2023
Saatlıda sərxoş və sürücülük hüququ olmayan şəxs təmir sexində işləyən ustaları avtomobilə vurub.
Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilən avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil olarkən ustalar - Saatlı şəhər sakinləri 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub.
Nəticədə Möhübbət Qənbərov ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
22:02
2 iyul 2024
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
19:31
1 iyul 2024
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
09:25
1 iyul 2024
Gəncədə ağır yol qəzası baş verib
09:24
1 iyul 2024