Sərxoş vəziyyətdə zarafat etmək istədilər, polisə düşdülər
Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxslər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov APA-ya bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Fərid Cəfərov cərimə olunmuş, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi