Səudiyyə hərbi arsenalını “Akıncı” ilə gücləndirəcək

# 11:20
7 avqust 2023

Səudiyyə Ərəbistanı Hərbi Sənaye Şirkəti (SAMI) və Türkiyənin təyyarə istehsalçısı Baykar arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Saziş Krallıqda Bayraktar Akıncı döyüş pilotsuz təyyarələrinin istehsalının lokallaşdırılmasını nəzərdə tutur. Bu barədə Səudiyyə hökuməti məlumat yayıb "Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin "Baykar" şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək” deyə şirkətin açıqlamasında bildirilir. İyulun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə üç günlük turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edib. Səfərdən sonra “Baykar”la Səudiyyə Ərəbistanı arasında zərbə PUA-sının tədarükü üzrə 3 milyard dollarlıq saziş imzalanıb. Bu, Türkiyənin hərbi-sənaye kompleksi sahəsində imzaladığı ən iri birdəfəlik müqavilədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR