“Sevdiklərimin səsini eşitmək istəyirəm” - Ayanın ürək dağlayan sözləri…

# 10:00
30 mart 2023

Ayan... Qadın və uşaq sığınacağının 13 yaşlı sakini. Ömrünün ən həssas yaş dönəmini valideynlərinin himayəsində yox, sığınacaqda keçirir. Yaşıdlarının dərdi-səri qaçıb oynamaq ikən o, həyatın tərs üzü ilə artıq tanış olub. Onun problemi sadəcə ailəsinin yanında olmaması deyil, həm də qulağındakı anadangəlmə qüsur, eşitməsinin gündən günə azalmasıdır. Əməliyyat olunmasa, eşitməsini tamamilə itirə bilər.

Birinin həyatına toxuna bilmək, onun həyatında iynə ucu boyda işıq yaratmaq çətin deyil. Kim bilir, bəlkə də atdığınız xırda bir addım Ayanın həyatında, sağlamlığında dönüş yaradacaq. Onu ümidi sağalmaq, yaşıdları kimi hazırlığa gedib xəyallarının dalınca qaçmaqdır. Ümid işığın heç vaxt yox olmasın, qızcığaz!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR