Sevgilisini qəbiristanlığa çağırıb bıçaqladı
Mingəçevirdə 19 yaşlı qız sevgilisini bıçaqlayıb. "Qafqazinfo” xəbər verir ki, hadisə dünən qəbiristanlıq ərazisində baş verib. 2003-cü il təvəllüdlü T.E. sevgilisi N.Şəvəndiyevin qarın boşluğuna bıçaqla xəsarət yetirib. İlkin məlumata görə, onlar sosial şəbəkədə tanış olublar. Münasibətlərində problem yaranıb və qız məsələni aydınlaşdırmaq üçün N.Şəvəndiyevi qəbiristanlığa çağırıb. Mübahisə zamanı T.E. üzərindəki bıçaqla oğlanı yaralayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu