Sexdən 2000 manatlıq oğurluq etdi

# 16:33
2 mart 2022

Masallıda narkotikə görə saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb.  

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

 

Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Qəzənfər Əliyevin ayrı-ayrı vaxtlarda rayon ərazisindəki plastik boru istehsalı sexlərinin birindən 2000 manat dəyərində ehtiyat hissələri və naqil, yaşayış evlərindən birinin həyətindəki tövlədən 250 manat dəyərində 2 baş xırdabuynuzlu heyvan və digər bir yaşayış evindən isə 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

 

Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR