Seymur Talıbova məxsus biznes obyektləri ilə bağlı istintaq aparılır

# 11:53
28 dekabr 2022

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına "stop" qoyulub.

 

Bu barədə qaynarinfo.az saytı məlumat yayıb. Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

 

Hazırda Seymur Talıbova məxus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub.

 

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Naxçıvan Ali Məclisinin deputatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR