Səyyar “ASAN xidmət” Ağalıda vətəndaşlara xidmət göstərib

# 16:28
9 avqust 2022

 

Avqustun 9-da səyyar “ASAN xidmət” Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərib. APA TV-nin yerli bürosunun xəbərinə görə, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə isə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR