Sığorta şirkətindən hər gecikdirilən günə görə neçə manat ala bilərsiniz?

# 10:11
16 yanvar 2023

Son vaxtlar avtomobilini icbari qaydada sığorta etdirənlər azalır. İri şirkətlərin sığorta agentləri də bunu etiraf edirlər. Danılmaz reallıqdır ki, bu gün bəzi sığorta şirkətləri ilə müştəri arasında olan münasibətlər heç də ürəkaçan deyil. Bu münasibətlərin də pozulmasının səbəbi müştəriyə dəyən zərərin məbləği ilə əlaqədar yaranan mübahisələrdir. Elə qəhrəmanımız Anar Nəcəfov kimi. Avtomobil qəzası zamanı maşınına dəyən ziyanın ödənilməsi üçün aylardır ki, sığorta şirkətinin arxasınca süründüyünü deyir. Prosesin heç bir səbəb açıqlanmadan yubadılması onu ciddi şəkildə narahat edir.

Anar Nəcəfovla yanaşı bu halla üzləşənlərin sayı kifayət qədərdir. Hətta qəza nəticəsində avtomobili 6 ay sığorta şirkətinin servisində saxlanılanlar da var.

Ekspertlər deyirlər ki, elə bu səbəbdən də sürücülər sığorta şirkəti seçərkən diqqətli olmalıdırlar. Əvvəlcə o şirkət haqqında araşdırma aparmalı və lazımi bilgilərə malik olmaq lazımdır. O ki qaldı bəzi sığorta şirkətlərinin müştərilərini incitməsinə, qaydalara əsasən sığortaçıya dəymiş ziyan polis tərəfindən hesablanıb, sığorta şirkətinə rəsmi sənəd formasında ötürüldükdən sonra 7 iş günü müddətində vəsait ödənilməlidir. Əgər sığorta şirkəti müştəriyə ödəməsini bir gün belə gecikdirirsə, o zaman…

O ki qaldı məsələnin hüquqi tərəfinə, hüquqşünas Şamil Paşayev bildirdi ki, bu proseslərə Mərkəzi Bank nəzarət etməlidir.

Bir daha xatırladaq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalıdır. 925-ci maddədə həmçinin qeyd olunur ki, tərəflər zərər məbləği ilə bağlı razılığa gələ bilmədikdə, zərər reyestrda yer almış müstəqil ekspert tərəfindən qiymətləndirilməlidir. Mülki Məcəllənin 927-ci maddəsinə əsasən, zərərin aradan qaldırılmasının üsulunu sığorta şirkəti seçir, yəni bu hüquq sığorta şirkətinə verilib. Sığorta şirkəti qərar verir zərər məbləğini pul şəklində ödəsin və ya avtomobili təmir etdirsin. Nəticədə zərər məbləği ilə tərəflər razılığa gəldikdən sonra, sığorta şirkəti özü təyin etdiyi təmir müəssisəsində avtomobili təmir etdirə bilər. Zərər məbləği ilə razılığa gəlinmədikdə, zərər müstəqil ekspert tərəfindən qiymətləndirildikdən sonra sığorta şirkəti yenə də avtomobili təmir müəssisəsində təmir etdirə bilər və təmir xərcini təmir müəssisəsinə ödəyə bilər. Avtomobili təmir etdirməklə sığorta şirkəti zərərçəkən qarşısında öhdəliklərini yerinə yetirmiş olur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR