Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində şəhidlərin xatirəsi anılıb

# 20:40
22 oktyabr 2021

Bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların anım tədbiri keçirilib. Müdafiə Nazirliyinin hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərin doğum və anım günlərinin təşkilinin ənənə halını aldığı qeyd edilib.

 

Çıxış edənlər 44 günlük Vətən Müharibəsində Ordumuzun göstərdiyi şücaətdən, qazanılan şanlı qələbədən söz açıblar.

 

Polkovnik Elşad Əbilov deyir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıq və şücaət göstərdi: “27 sentyabr tarixində başlayan və 44 gün çəkən Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan oğulları, Azərbaycan ordusu böyük qəhrəmanlıq və şücaət göstərdi. Həmin döyüşlərin iştirakçısı kimi deyə bilərəm ki, biz ilk gündən etibarən düşmənə qarşı qisas, nifrət hissimizi bütün varlığımızla həyata keçirməyə çalışdıq”.

 

Bildirilib ki, Vətən uğrunda şəhid olanlar heç zaman unudulmayacaq, onların xatirələri hər zaman xalqın yaddaşında qalacaq və adları əbədiləşdiriləcək.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-sinin Anım Günü kimi qeyd ediləcəyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR