Şimal bölgəsində hava şəraiti kəskin pisləşib - QAR YAĞIB
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, regionun bütün rayonlarına qar yağıb.
Ən çox yağıntı Quba rayonunda qeydə alınıb. Burda qarın hündürlüyü 20 sm-ə çatıb. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 sm, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 sm, temperatur isə mənfi 5,7 dərəcə olub.
Şabran rayonunda qarın hündürlüyü 12 sm, havanın temperaturu isə mənfi 1,4 dərəcəyədək enib.
Xızının Altıağac qəsəbəsində 12 sm qar, Qusarın Yasaq kəndində isə 5 sm qar müşahidə olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu