Şimal bölgəsində temperatur mənfi 9 dərəcəyə düşdü
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xınalıq kəndində 13 sm, Xaltanda 12 sm və Qrızda isə 10 sm qar yağıb.
Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarın Ləzə kəndində 19 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 9 dərəcəyədək enib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib