Şimal bölgəsindəki bu şəhərdə piyada keçidi yoxdur
Nə piyadaların keçidi üçün yol nişanları var, nə də piyada zolaqları. Yolu kim haradan istəyir, oradan da keçir. Bura Xaçmaz rayonunun ikinci böyük yaşayış məntəqəsi olan Xudat şəhəridir. Şəhərin Mirzə Fətəli Axundov küçəsində bir müddət öncə yenidənqurma işləri aparılsa da, nədənsə, piyadalar üçün keçidlər yaratmaq yaddan çıxıb. Elə Xudat dairəsində də hərəkət istiqaməti dəyişdikdən sonra yeni hərəkət istiqamətini göstərən xətlər çəkilməyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu