Sinan Oğan Azərbaycan və Türkiyə üçün niyə önəmli şəxsdir?

# 17:48
24 may 2023

Qardaş ölkə Türkiyədə prezident seçkilərinin ikinci turuna sayılı günlər qaldı. Əksər siyasi təhlilçilər xüsusi önəm baş verməyəcəyini və Ərdoğanın yenidən seçkilərdə qələbə qa­zanacağını bildirirlər. Mayın 23-də mediaya açıqlamasında “ATA İttifaqı”nın prezi­dentliyə namizədi Sinan Oğan hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi elan etdi. Qeyd edək ki, Qarabağ müha­ribəsi dövründə daim Azərbaycanı dəstəkləyən Sinan Oğan seçimini etməzdən öncə sosial şəbəkələrdə İkinci Fəxri Xiyabanda Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etdiyini əks etdirən foto paylaşılıb. Onu da bildirək ki, siyasətçi 1992-2000-ci illərdə Azərbaycanda yaşayıb, 1993-2000-ci illərdə isə Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığının Azərbaycan ofisinin rəhbəri olub, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə “Tərəqqi” medalına layiq görülüb. Sinan Oğan həmçinin, Türkiyə-Azərbaycan diaspor təşkilatının da qurucusudur.

Bunu kanalımıza Vətən müharibəsi iştirakçısı İlham Ağayev deyib. O əlavə edib ki, Sinan Oğanın Ərdoğanı dəstəkləməsi sevindirici oldu.

İlham Ağayev onu da əlavə edib ki, siyasətçinin Tayyib Ərdoğanı dəstəkləməsi Azərbaycan ictimaiyyəti tərəfindən də alqışla qarşılandı və bunu sosial şəbəkələrdə paylaşılan fikirlərdən də görmək mümkündür. Sinan Oğanın Azərbaycan sevdalı olması ilə bağlı da fikirlər bildirən İlham Ağayev vurğuladı ki, o, Azərbaycan şərqilərini, xüsusən də Şəmistan Əlizamanlının ifalarını çox bəyənir.

Vətən müharibəsi iştirakçısı, Emin Piriyev isə deyib ki, Sinan Oğanın Ərdoğanı dəstəkləməsi gözlənilən idi və Milli Qəhrəman Mübariz İbrahimovun ziyarəti zamanı çəkdirdiyi fotunu paylaşması onun nəyə görə bu qərarı verməsinə sübutdur.

Emin Piri onu da qeyd etdi ki, Sinan Oğanın sayəsində Ərdoğanın dəstəkləyənlərin sayı artacaq.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR