Sinif yoldaşına 100 bıçaq vuran şagirdə ömürlük verdilər

# 17:40
29 mart 2023

ABŞ-da yeniyetmə 13 yaşlı sinif yoldaşına 100 bıçaq vurduğuna görə ömürlük həbs cəzasına məhkum edilib.

 

Bu barədə "CBS News" yazıb. İstintaqın məlumatına görə, Floridadan olan 14 yaşlı Eydden Fuççi Tristin Beyli ilə meşəyə gedib və Eyden orada dostuna təxminən 100 bıçaq zərbəsi vurub. Məktəbli aldığı xəsarətlərdən hadisə yerində keçinib. Cinayətkar həbs edildikdən sonra günahını etiraf edib.

 

Eydenin vəkilləri məhkəmədən onun 40 il həbs cəzası təyin edilməsini istəsələr də, hakim Fuççiyə ömürlük həbs cəzası verib. Florida qanunlarına görə, şagirdin işinə 25 ildən sonra baxıla bilər.

 

Məhkəmə iclasında Aidenin nənəsi iştirak edib və nəvəsinə verilən cəzanın yüngülləşdirilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR